lider-media.az

BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 766 şagird təhsil alacaq

Baxış: 21147 Tarix: 14-09-2025, 09:56

 

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində       ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124  şagirdin təhsil alacağı proqnozlaşdırılır.


Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur.


BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə  isə 35 028 uşaq cəlb olunub.


BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim,  məktəbəqədər təhsil müəssisəslərində isə 4 149  tərbiyəçi-müəllim çalışır.


Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi