lider-media.az

Daha bir qrup müharibə iştirakçısı üçün kiçik bizneslər yaradılıb

Baxış: 210 Tarix: 12-09-2025, 10:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, avtoçilingər, çatdırılma xidməti və digər xidmətlər üzrə kiçik biznes sahələrini yaradıblar. Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, cari ilin 8 ayında müharibə iştirakçıları olan 832 nəfər, ümumilikdə isə 10,6 min müharibə iştirakçısı əmlaklarla təmin olunub və onlar üçün kiçik bizneslər yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi