lider-media.az

Füzuli və Cəbrayılda daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verildi

Baxış: 392 Tarix: 16-04-2025, 15:43

İşğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən bu proqram  çərçivəsində kiçik təsərrüfat quranların sayı 262-ə çatıb. Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. 

Agentlik Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.  Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.   Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər. 

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını  quranların sayı artıq 262-ə çatıb.  Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi