lider-media.az

Baş Prokurorluğun futbol komandasına “Ən yaxşı Fair-Play” mükafatı verilib

Baxış: 621 Tarix: 10-05-2024, 21:49

  2023-cü ilin noyabr ayından start götürmüş Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turnirində Baş Prokurorluğun futbol komandası iştirak edib.

  Komanda 52 dövlət qurumu içərisindən növbəti dəfə final mərhələsinə yüksəlməyə müvəffəq olub.   

  Gərgin mübarizədə keçən yarışın gedişində iştirak edən digər qurumların komandalarından fərqli olaraq daha yüksək dərəcədə nümunəvi davranış göstərdiyinə, dürüst oyun nümayiş etdirdiyinə və futbol etikası qaydalarına riayət edərək hamıdan yaxşı rəqib komandaların heyət üzvlərinə hörmətlə yanaşdığına görə Baş Prokurorluğun futbol komandası turnirin “Ən yaxşı Fair-Play” komandası seçilib. 

  Mayın 9-da turnirə yekun vurulub və bununla əlaqədar keçirilən tədbirdə “Ən yaxşı Fair-Play” komandası mükafatı Baş Prokurorluğun komandasına təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi