lider-media.az

HÜSEYN ƏLİXANOV: “QƏLƏBƏYƏ APARAN YOL”

Baxış: 230 Tarix: 10-05-2024, 16:25

      Dünya qloballaşdıqca, yazılı soraqların əhəmiyyəti daha aydın şəkildə dərk edilir. Əfsuslar olsun ki, bu gerçəklik bizlərə bir qədər təəssüf hissi yaşadır. Azərbaycan türkləri min illər boyu yaşadığımız geniş coğrafiyada möhtəşəm tarix yaratmışdır. Bu tarixi yaradan əcdadlarımız elə bir qüdrətə sahib olmuşlar ki, hətta zamanın özü onlara son dərəcə cılız görünmüşdür. Ona görə də üstünlüyü nəğmələrə, şeirə, sənətə, hikmətə verən ulularımız salnaməçiliyi sonraya saxlamış, at çapıb qılınc oynatmaq, meydanda hünər göstərmək, yeni-yeni zəfərlər sorağına çıxmaq qədər maraqlı olmayan bu  işi əksər hallarda başqa soylardan olanların öhdəsinə buraxmışlar. Onlar da fürsət düşən kimi gücü qələmə verib tariximizi saxtalaşdırdıqca saxtalaşdırıblar. Bunun acılarını isə sonralar yaşamalı olmuşuq.  30 il erməni işğalında qalan torpaqlarımızın ağrı-acıları əslində, tarixin bizə verdiyi dərs idi. Bu dərsdən nəticə çıxarmaq üçün yaxın ya uzaq, fərq etməz Azərbaycan tarixinə aid yazılan hər bir əsər, kitab böyük dəyərə malikdir.

     “Qələbəyə aparan yol”. Nəfis tərtibatlı bu kitab da tariximizin müəyyən dövrünə işıq salır. Kitab Azərbaycanın müasir dövlətçiliyinin banisi, dünya şöhrətli böyük siyasətçi, mahir diplomat, xalqımıızın  qürur mənbəyi, əbədiyaşar əfsanəvi insan ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Kitabda yaxın tariximizdə düşmən qüvvələrin və onların nankor əlaltılarının xalqımıza qarşı törətdikləri müsibətlərdən və onlardan qurtuluş yollarından bəhs olunur.

     Əsl tarix şəxsiyyətləri obraz kimi seçir, öz hadisələrini onların adında, fəaliyyətində ifadə edir. Bu kitabın əsas qəhrəmanları ümummilli lider Heydər Əliyev və xalqımızın bənzərsiz lideri İlham Əliyev olsa da, əslində, bu adların ətrafında təkcə bu iki şəxsiyyətin fəaliyyəti deyil, Azərbaycanın ən yeni tarixinin bütöv və parlaq mənzərəsi dolğun ifadəsini tapır.

     Kitabın strukturu qarşıya qoyulmuş məqsədin ardıcıllığını, təhkiyənin sistemliliyini, rəvanlığını təmin etmişdir. Müəllif öncə şəxsiyyətlərin tarixdəki rolunu fəlsəfi-politoloji kontekstdə izah etməyə çalışmış və Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti tmisalında buna nail olmuşdur.

     Heydər Əliyev mənəvi-siyasi irsinin varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaşadığı tarixi mərhələ barədə fikirlər də böyük maraq doğurur və reallığı tam əks etdirir.

     Ulu öndər Heydər Əliyev bir məktəb yaratmışdı. Bu məktəbin yetirmələri uzun illər onunla çiyin-çiyinə çalışmış, onun cismani yoxluğundan sonra bu dahi şəxsiyyətin ideyalarına sadiq qalaraq Azərbaycanın güclənməsinə xidmət etmişlər. İndi illər ötsə də o yetirmələrin ən layiqli namizədləri öz müəllimlərinin xatirəsinə ehtiramlarını ifadə edir, belə böyük şəxsiyyətin ideyalarının daşıyıcıları olmaqdan qürur duyurlar.

     “Qələbəyə aparan yol” kitabının müəlliifi Hüseyn Əlixanov ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə uzun illər hüquq-mühafizə orqanlarında çalışmışdır. Elə kitabda ölkədə müxtəlif dövrlərdə cərəyan edən hadisələr və istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə istintaq-əməliyyat fəaliyyətinə dair faktiki epizodlar da öz əksini tapır.

     Müəllif “Epiloq”da tarixə qısa səyahət etməklə müəyyən dövrün yığcam təhlilini verərək yazır: “Azərbaycan xalqı əsrlər və illər boyu ayrı-ayrı işğalçı ölkələrin əsarəti altında olmasına baxmayaraq, həmin dövrlərdə də müxtəlif elm, incəsənət, siyasət, hərb sahəsində istedadlı siyasi xadimlər, cəsur sərkərdələr yetişdirmişdir.” Kitabın sonrakı bölməsində XX əsrin ən parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyevin müstəqilliyimizin ilk illərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətinin qorunmasıı, müstəqilliyinin əbədiliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkir.

     SSRİ rəhbərliyinin ədalətsiz  qərarı ilə istefaya göndərilən Heydər Əliyevin anadan olduğu dogma məkana-Naxçıvana qayııdışı Azərbaycan xalqının ürəyində ümid çırağı yandırmışdı. Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyev muxtar respublikanın böhrandan çıxması üçün ardıcıl tədbirlər həyata keçirmiş, Azərbaycanın, sözün əsl mənasında müstəqilliyinə yönəlmiş addımlar atmışdı. O zaman Azərbaycan Respublikasının həyatında həlledici bir mərhələ idi. Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran gündən-günə dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Belə çətin bir dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrət sahibi məhz Heydər Əliyev idi. “Çətin və ağır anlarınad həmişə xalqının yanında olmuş, dərin ağlı, siyasəti və müdrikliyilə xalqının etimadını qazanmış ulu öndər canından çox sevdiyi Vətənini  parçalanmaq təhlükəsindən xilas etmək niyyəti ilə ona müraciət etmiş xalqının son ümidini qırmayaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.” İyunun 15-də  Azərbaycan Respublikasının sədri seçildi, iyunun 17-də prezident Əbülfəz Elçibəyin heç kəsə rəsmi məlumat vermədən Bakı şəhərini tərk  etməsindən sonra cərəyan edən hadisələrin mərkəzində oldu. Xalq taleyini ona etibar etdikdən sonra Heydər Əliyev prezident kimi müstəqil Azərbaycanın gələcəyi naminə geniş fəaliyyətə başladı.

     Kitabda müəllif həmin dövrlərdə baş vermiş kriminogen hadisələr, şəxsən onun tərəfindən istintaqı aparılan cinayət hadisələrini, istintaqın nəticələrini real faktlar əsasında qələmə alıb. “Eks prezidentlə görüş” adlı bölmədə 1995-ci il martın 12-15-də dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq zamanı bu işdə şübhəli bilinən sabiq prezident Əbülfəz Elçibəylə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində görüşündən bəhs edilir. “Qələbəyə aparan yol” adlı bölmədə Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki fəaliyyəti, 2003-cü ildən sonra ölkə başçısı İlham Əliyevin bu yolu uğurla davam etdirməsi ilə bağlı məqamlara açıqlıq gətirilir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun sücaətindən bəhs edən müəllif yazır: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs vəsiyyətini ölkə həyatının bütün sahələri ilə yanaşı, həm diplomatiya sahəsində, həm də döyüş meydanında yerinə yetirdi. Yenilməz mərdlik və sücaət nümayiş etdirməklə, Azərbaycan Ordusunun fədakarlığı və igidliyi sayəsində işğal altında olan ərazilərimizi  erməni faşistlərindən azad etdi.”

     “Nitqi orduya bərabərdir” adlı bölməsində müəllif daha bir maraqlı nüansa toxunaraq yazır: “2003-cü il prezident seçkilərində ulu öndər xalqa müraciət edərək Azərbaycanın gələcəyini etibar etdiyi İlham Əliyev barədə dahiyanə uzaqgörənliklə demişdi: “O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir… inanıram ki, mənim axıra çardıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Dahi şəxsiyyət tərəfindən söylənən bu fikirlər Azərbaycan xalqının İlham Əliyevə ən yüksək səviyyədə göstərdiyi etimadın əsasını qoydu. Ulu öndərin tövsiyəsi və xeyir-duası ilə Azərbaycan xalqının yüksəkk etimadla Prezident seçdiyi İlham Əliyev ümummilli liderin vəsiyyətlərini layiqincə yerinə yetirdi, Azərbaycan xalqının ümidlərini doğrultdu.”

     Müəllif yazır ki, İlham Əliyevin ulu öndərdən əxz etdiyi ən mühüm keyfiyyətlərdən biri də onun nitq mədəniyyətidir. Dövlət başçısı xüsusən də müharibə dövründə bu keyfiyyətini daha parlaq şəkildə nümayiş etdirə bildi. Onun natiqlik məharətinin qaynaqlandığı mənbə isə atası, ulu öndər Heydər Əliyevdir. Heydər Əliyevi böyük siyasətçi kimi tanıdan  cəhətlərdən biri onun məhz nitq kommuninativliyi, dinləyicini ifadə etdiyi fikirlərin həqiqiliyinə inandırmaq,  cəlbetmə qabiliyyəti idi. Onun nitqlərində dəqiqlik, ardıcıllıq, məntiqlilik, təmkinlilik, sabitlik bir vəhdət təşkil edirdi. Eyni fikri Prezident İlham Əliyevin nitqi barədə də söyləmək olar.

     Filoloq alim Rafayıl Hüseynov “Hər nitqi bir əsər” adlı məqaləsində yazırdı: “Prezident İlham Əliyev haçan kürsüdə olubsa, hansı mövzuda danışıbsa, həmişə nitqi parlaq olub, ifadə etdiyi həqiqətlərə, fikirlərinin məntiqi ardıcıllığı, sözlərin, ifadələrin dəqiq seçimi ilə dinləyəni cəlb və heyran edir… Prezident İlham Əliyevin  2020-ci il sentyabrın 27-də ermənilər özlərinə xas quldur və terrorçu xisləti ilə Azərbaycana bütün cəbhə boyu növbəti hücuma keçəndən, bunun ardınca şanlı ordumuzun əks həmləylə bir-birinin ardınca müşayiət edilən zəfər marafonunun başlanılmasından sonrakı hər çıxışı, hər müsahibəsi öz-özlüyündə tarixi bir hadisə, siyasi nitq mədəniyyətinin qızıl səhifələri sayılmalıdır.”

     Ali Baş Komandan verdiyi müsahibələrlə əslində bütün dünyanın fikrini tam dəyişmiş oldu. Bəzi ölkələrin xüsusi öyrədilmiş, əvvəlcədən planlaşdırılmış suallarla dolu nücumlarına baxmayaraq, Prezidentimiz məqsədinə nail oldu, dünyanın böyük bir hissəsinin rəğbətini qazandı.

     Azərbaycan Prezidentinin 44 gün ərzində verdiyi müsahibələrin dərin təhlilini verən müəllif ən maraqlı məqamları qələmə almaqla dövlət başçısını dünyanın bir çox dövlət rəhbərlərindən natiqlik məharətinə, siyasi sayıqlığına, hazırcavablığına diqqət çəkir. Bənzərsiz liderimizin bu müsahibələrlə əslində, bütün dünyanın fikrini tam dəyişmiş olduğunu, qələbəmizi təmin etdiyini vurğulayır: “Dövlət rəhbərinin don qələbə çıxışı da ölkə əhalisi tərəfindən xüsusi olaraq müsbət qarşılandı, bu isə təbii idi. Cənab Prezidentin bu çıxışında qələbə sevincini xalqla, məhz öz xalqı ilə bölüşməsi gecə  saatlarına təsadüf etdi. Azərbaycan bu zəfər xəbərində sonar qalib bir ölkə olaraq yuxudan oyaanacaqdı, qürurlu, xoşbəxt, özgüvənli, gələcəyə inamla: “Bu gün ölkəmiz üçün tariixi bir gündür.  Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur… Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm… İnsanlar o torpaqlara qaayıdacaqq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulacaq…”.

     Azərbaycan söz sənətinin məskəni olmuşdur. Bu torpaq Nizamilər, Fizulilər, Nəsimilər, Vurğunlar… yetişdirmişdir. Elə bu xalqın qələbəsində də sözün qüdrəti hiss olunmalı idi. Bu dəfə isə sözün gücündən şairlərimiz yararlanmış deyil dövlət başçımızz yararlandı. Bu qələəbəni o həm də informasiya savaşında əldə etdi.

     Kitabın “Etiraf”,  “Qisas”, “Tamah, yoxsa intiqam?” adlı bölmələrində  müəllifin hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə apardığı istintaq işlərinin tarixi, gedişatı, nəticələri barədə məlumat verilir, ölkədəki kriminogen vəzziyyətlə bağlı dolğun təəssürat yaradılır.

     Tariximizin müəyyən dövrünün mənzərəsini yaradan “Qələbəyə aparan yol” kitabı keçmişimizi unutmamaq, bu günümüzü dünənimizə söykənərək qurmaq, sabahımızı daha işıqlı etmək baxımından əhəmiyyətlidir. Onu vərəqlədikcə qələbəyə gedən yolun çətinliyini görür, zəfər sevincini bizə yaşadanlara minnətdarlıq hissi duyursan. Bu gün Azərbaycan torpaqlarının tam şəkildə azad edildiyi, suverenliyimizin bərpa olunduğu bir məqamda məmləkətimizin hər yerində dalğalanan üçrəngli bayrağımızla qürur  duyuruq. O bayraq Azərbaycanın başı üzərində əbədi dalğalanacaq!... ”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi