lider-media.az

Bölgələrdə toxumluq taxıl sahələrində aprobasiyanın aparılmasına dair təlimlər keçirilir

Baxış: 1121 Tarix: Сегодня, 13:33

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən toxumçuluq sahəsində keyfiyyətə nəzarətin gücləndirilməsi və toxumluq əkin sahələrinin qiymətləndirilməsi işlərinin səmərəli təşkili məqsədilə Şəki rayonunda Qax, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı rayonlarından seçilmiş aprobatorlar, eləcə də Aqrar Təlim Mərkəzinin əməkdaşları üçün təlim təşkil olunub.

Təlimdə toxumluq sahələrinin aprobasiyasının aparılması qaydaları, müşahidələrin təşkili, qiymətləndirmə meyarları və sənədləşdirmə prosedurları barədə ətraflı məlumat verilib. İştirakçılara aprobasiya prosesinin vaxtında və düzgün həyata keçirilməsi ilə bağlı metodiki tövsiyələr təqdim olunub.

Bununla yanaşı, cari ildən etibarən ilk dəfə tətbiq olunan AXA Mobil tətbiqinin funksiyaları və istifadə qaydaları nümayiş etdirilib. Təlim zamanı iştirakçılar mobil tətbiq vasitəsilə məlumatların daxil edilməsi, sahələr üzrə müşahidələrin qeydiyyatı və nəticələrin elektron şəkildə ötürülməsi prosesləri ilə tanış olublar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşıdakı aprobasiya mövsümündə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təlimlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi