Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni fəaliyyətə başlamış Baş müşaviri, Birləşmiş Krallığın Dövlət Prokurorluq Xidmətinin idarə rəisi Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətini qəbul edən Baş prokuror qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.
Bu kontekstdə assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında uzunmüddətli, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Respublikası Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib. Azərbaycan 2002, 2018 və 2024-cü illərdə qurumun İcraiyyə Komitəsinin iclaslarına, 2024-cü ildə, həmçinin İllik İclas və Ümumi Yığıncağına ev sahibliyi edib.
Görüş zamanı qlobal miqyasda cinayətkarlıqla mübarizədə müxtəlif hüquq sistemlərinin prokurorlarının səylərinin birləşdirilməsində assosiasiyanın mühüm rol oynaması qeyd edilərək, qonaqlara son dövrlərdə milli prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, tətbiq edilən yeni hüquq institutları və yanaşmalar barədə məlumat verilib.
Səmimi qəbula görə minnətdarlıq ifadə edən qonaqlar Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv roluna və verdiyi töhfələrinə görə təşəkkürünü bildirib, uzun illərdir davam edən sıx və uğurlu əməkdaşlıqdan məmnuniyyət ifadə edilib.
Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.





Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb