lider-media.az

Sabah bəzi yerlərdə arabir duman olacaq

Baxış: 2 951 Tarix: 30-03-2026, 17:45

Lider-media.a Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi