lider-media.az

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

Baxış: 1526 Tarix: 2-06-2026, 16:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək. Yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə 3 iyun 2026-ci il tarixində, saat 15:00-da  Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək.

Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq. Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi