lider-media.az

Hərracda 55 nəqliyyat vasitəsi satılıb

Baxış: 21333 Tarix: 19-08-2025, 19:25

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb. Hərraclara çıxarılan 78 əmlaka ümumilikdə 140 sifariş qəbul edilib. Bunlardan 57-si onlayn qaydada həyata keçirilib.
 Rəqabətli keçən hərracda start qiyməti 2.000 manat olan “Mercedes Benz S420” markalı avtomobil 6.800 manata, 4.500 manat olan “Ford Transit” markalı avtomobil isə 8.500 manata satılıb.
 Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar. 
Cari ay ərzində avqustun 26-da keçiriləcək növbəti hərraca nəqliyyat vasitələri çıxarılıb.
Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi