lider-media.az

Azərbaycan Ordusunun rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib

Baxış: 210 Tarix: Сегодня, 20:42

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrinin, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitlərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib. 
Azərbaycan Ordusunda rabitə hissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitə və idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslı zabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçirilən toplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədə iştirakçılar məlumatlandırılıb.
Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasir radiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiya sistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin və kommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlar verilib. 
Qoşunlarda istismara yeni qəbul edilmiş idarəetmə sistemləri, rabitə qurğuları, radiostansiyalar, rəqəmsal texnologiya, müasir məlumatötürmə proqramlarının inkişaf istiqamətləri, kibertəhlükəsizliyin təşkili və kibergigiyena qaydaları haqqında nümayiş olunan təqdimatlar ixtisasçı zabitlər tərəfindən maraqla qarşılanıb. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktik tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi