lider-media.az

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Tarix: 7-05-2024, 22:34

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir  ŞƏRH

Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan mövzulardan biri də Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması və ölkədə siyasi qarşıdurmanın dərinləşməsidir. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət edəcəyini bəyan edir. Lakin müxalifət və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidir. Qanun layihəsində nəzərdə tutulan şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının “xarici agentlər” reyestrinə daxil edilməsi təklif olunur.

Sözügedən qanun layihəsi ilə bağlı xaricdən gələn tənqidi fikirlər də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, tənqid daha çox Avropa İttifaqı, bəzi Qərb dövlətləri və ABŞ tərəfindən səsləndirilir. Maraqlısı budur ki, bu gün Gürcüstanı belə bir sənədin qəbuldan çəkindirməyə çalışan ABŞ, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin özləri vaxtilə belə qanunlar qəbul edib. Göründüyü kimi, paradoksal haldır ki, Qərb özü xarici agentlər barədə normativ-hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır.

Bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Gürcüstanda qarşıdurmaların dərinləşməsinə Avropa İttifaqının və Qərbin dəstəyi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Görünən odur ki, Qərb məqsədli şəkildə qonşu ölkədə qarışıqlıq yaratmağa çalışır.

V.Rəhimzadə vurğulayıb ki, beynəlxalq müzakirəyə səbəb olan bu qanun layihəsi reallıqda gürcü xalqının ümummilli dəyərlərinin və dövlət maraqlarının qorunmasına xidmət edir. Maliyyələşmədə qaranlıq məqamların mövcudluğu bu prosesin subyektləri olan QHT-lərin fəaliyyətində də özünü aydın şəkildə nümayiş etdirir ki, son nəticədə bundan zərbə alan dövlət olur. Bu baxımdan xarici təsirin şəffaflığının təmin edilməsi hər bir ölkə üçün vacib amillərdən biridir. Avropa İttifaqının və Qərbin hər bir ölkənin daxili işi olan bu məsələdən narahatlıq keçirməsi təəccüb doğurmaya bilməz. Dünya gücləri ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərin nə qədər şahidinə çevrilsələr də, görünən odur ki, hələ də bu xəstəlikdən yaxa qurtara bilmirlər. Bu baxımdan hazırda Qərbin Gürcüstan parlamentinin qəbul etmək ərəfəsində olduğu məlum qanun layihəsi ətrafında yaratdığı “narazılıq görüntüsü”nün arxasında hansı maraqların dayandığı məlumdur. Daim bu və ya digər dövlətlərə “demokratiya dərsi” keçməyə cəhd edən Qərb ölkələri əvvəlcə özlərində baş verən hadisələrə diqqət yetirsələr daha yaxış olar. Demokratik dəyərlərə yanaşmada vahid mexanizmin olmaması, ədalət meyarının qorunmaması daim problemlərə, etimad mühitinin sıfıra enməsinə səbəb olur.

Vüqar Rəhimzadə qeyd edib ki, Avropa Parlamenti ötən ay Gürcüstan parlamentində müzakirə olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə “xarici agentlər” haqqında qanun layihəsinin dəyərlərə və Gürcüstanın Avropa İttifaqına üzvlük ambisiyalarına zidd olduğu, onun beynəlxalq nüfuzuna xələl gətirdiyi və ölkənin Avroatlantik istəklərini təhlükə altına aldığı qeyd olunub. Reallıq budur ki, Gürcüstan Avropa İttifaqına üzv qəbul olunmaq üçün illərdir səy göstərir. Lakin qarşı tərəf ölkənin bunun üçün perspektivinin olduğunu bildirsə də, hələ şərtlərə uyğun olaraq atacağı çox addımların olduğunu bəhanə gətirir. Onlardan biri də Gürcüstanın Avropa dəyərlərinə sadiqliyi məsələsidir. Amma Avropa İttifaqına üzvlük üçün mövcud şərtlər zamana və məkana görə dəyişir. Qardaş Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olan məqamlar, daha dəqiq desək, qurumun irəli sürdüyü şərtlər hər kəsə məlumdur. Burada şərt kimi Avropa dəyərlərinə sadiqlik məsələsi irəli sürülmür. Qondarma “erməni soyqırımı” məsələsinin Türkiyə tərəfindən qəbulu, Ermənistanla sərhədlərin açılması və sair kimi şərtlər irəli sürülür. Nəzərə alsaq ki, Ermənistana dəstək göstərənlər sırasında Avropa İttifaqı xüsusi yer tutur, bu halda qurumun hansı dəyərlərə önəm verdiyini görməmək mümkün deyil.

Vüqar Rəhimzadə Avropa İttifaqının xanım Ursula Fon der Lyayenin rəhbərliyi ilə xaricdən maliyyələşmənin qadağan edilməsinə dair sənəd hazırlanması faktını önə çəkərək bildirib ki, bu özü Gürcüstan parlamentinin müzakirəyə çıxardığı qanun layihəsi ilə Qərbin cəhdlərinin arxasında əks maraqların dayandığını bir daha təsdiq edir. Qərb Gürcüstanda yaratdığı və maliyyələşdirdiyi şəbəkənin ifşa olunmasını istəmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi