lider-media.az

Bakıdan Ağdama qatar: tarix, saat və qiymət

Baxış: 212 119 Tarix: 27-08-2025, 13:39

Bakıdan Ağdama qatar: tarix, saat və QİYMƏT

Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat təşkil edir.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır.

Qeyd edək ki, Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqustdan ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.

İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.

Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq.

Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi