lider-media.az

Fuad Nəcəfli: Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb

Baxış: 212 Tarix: Сегодня, 19:11

Fuad Nəcəfli: Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb

Son illərdə aparılan islahatların nəticəsi olaraq Naxçıvan Muxtar Respublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı bildirib.

“Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb. Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir”, - deyə Fuad Nəcəfli vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar-iyul aylarında iqtisadi göstəricilər də müsbət dinamikanı əks etdirib: “Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,8 faiz artaraq 927,3 milyon manat, əhalinin hər nəfərinə düşən ÜDM 4,3 faiz artaraq 1967,1 manat, əsas kapitala yönələn investisiyalar 45,9 faiz artaraq 118,4 milyon manat, sənaye məhsulu istehsalı 14 faiz artaraq 297,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 3,7 faiz artaraq 789,4 milyon manat, ödənişli xidmətlər 5,8 faiz artaraq 120,2 milyon manat təşkil edib”.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5 artaraq 273 min nəfər, məşğul əhalinin sayı isə 0,8 faiz artaraq 260 min nəfər olub. Orta aylıq əməkhaqqı isə 6,3 faiz artaraq 826 manata çatıb. Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 min 565 nəfər, o cümlədən dövlət sektorunda 37 min 305 nəfər, qeyri-dövlət sektorunda isə 23 min 260 nəfər təşkil edib. Büdcə xərclərinin 64 faizi yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33 faiz) xeyli yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb. “Fiziki şəxslərin gəlir vergisi 19 faiz artaraq 32 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi 8 faiz artaraq 13 milyon manat, ƏDV 34 faiz artaraq 41 milyon manat, aksiz vergisi 34 faiz artaraq 44 milyon manat, mədən vergisi 22 faiz artaraq 991 min manat təşkil edib. Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş müşahidə olunub. Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb. Dövlət torpaqlarının icarəsindən daxilolmalar 42 faiz artaraq 217,3 min manat, daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat olub. 2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33 faiz artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57 faiz artaraq 31,8 milyon manat, nağdsız ödənişlər isə 31 faiz artaraq 592,3 milyon manat təşkil edib. Bank hesablarının sayı 11 faiz, ödəniş terminallarının sayı isə 85 faiz yüksəlib”, - deyə o, bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi