lider-media.az

BDYPİ-dən kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə xəbərdarlıq

Baxış: 374 Tarix: 27-08-2025, 10:43

BDYPİ-dən kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə xəbərdarlıq

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir: “Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki irihəcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir. Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi təhlükəsizlik tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək. BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir”, - deyə xəbərdarlıqda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi