lider-media.az

Hüquq sahəsində elmi jurnalların elektron axtarış bazasının yaradılması müzakirə olunub

Baxış: 299 Tarix: 6-05-2024, 20:20

Mayın 3-də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, insan

hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edilib.

  Tədbirdə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hüquq jurnallarına dair aparılmış monitorinqin nəticələrini elan edib, tədbirdə iştirak edən 20-dən artıq hüquq jurnalının redaksiya heyətinin üzvləri, müxtəlif təhsil ocaqların hüquqşünas alimləri və aidiyyəti dövlət qurumlarının əməkdaşları sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıb.

  Tədbir zamanı elektron axtarış bazasının yaradılması istiqamətində təkliflər dinlənilib, məqalələrin keyfiyyətinin artırılması üçün hüquqşünas müəlliflər üçün təlimlərin keçirilməsi qərara alınıb.

  Dəyirmi masa çərçivəsində Baş Prokurorluğun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyətinin məsul katibi Talıb Cəfərov tərəfindən təmsil etdiyi mətbu nəşr haqqında, eləcə də “Azərbaycan Prokuroru” elmi-praktiki jurnal, “İstintaq təcrübəsi” və “Dövlət ittihamının müdafiəsi təcrübəsi” adlı bülletenlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi