lider-media.az

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Baxış: 805 Tarix: 6-05-2024, 16:54

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

Lider-media.az xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.

Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi