lider-media.az

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Baxış: 537 Tarix: 5-05-2024, 22:59

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı verib.

MHP sədrinin müavini İsmail Özdəmir bildirib ki, qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

Özdəmirin sözlərinə görə, yeni İnstitutun yaradılması şairin, həmçinin məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin müəllifi olan Əhməd Cavadın yaradıcılığının hərtərəfli təhlili məqsədi daşıyır.

“Əhməd Cavad adına İnstitutun fəaliyyəti türk xalqlarının yaxınlaşması və həmrəyliyi işinə növbəti töhfə olacaq. MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək”, - deyə MHP sədrinin müavini diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi