lider-media.az

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Baxış: 127 Tarix: 18-07-2025, 10:13

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Bu gün “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibliiclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.Tədbirdə VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi