lider-media.az

Xaçmaz və  Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək 

Baxış: 11134 Tarix: 16-07-2025, 14:27

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 18-də Xaçmaz  rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Xaçmaz rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xaçmaz rayonu “4 №-li Yol İstismarı” və  Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.  



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi