lider-media.az

Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir +Video

Baxış: 43137 Tarix: 14-07-2025, 20:34

probleminle-bagli-polis-reisine-muraciet-et

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnunluğun təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşlarımız onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilirlər. Bildirilir ki, müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və E-polis tətbiqindəki müvafiq bölmə istifadədədir.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi