lider-media.az

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişindən 56 il ötür

Baxış: 316 Tarix: 14-07-2025, 20:23

Bu məqsədlə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyəti Başçısının Aparatı, YAP Bİləsuvar rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının, idarə,müəsssisə və təşkilatların rəhbərləri Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edərək,əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ölkəmizin taleyində əlamətdar dönüş nöqtəsi oldu. O dövrdə dərin sosial-iqtisadi və mənəvi tənəzzül içində olan Azərbaycan məhz Ulu Öndərin qətiyyəti, uzaqgörənliyi və fədakar fəaliyyəti nəticəsində dirçəliş yoluna qədəm qoydu.

Heydər Əliyevin rəhbərliyi altında elmin, təhsilin, sənayenin, mədəniyyətin inkişafı sürətləndi, xalqın milli şüuru yüksəldi, gələcək müstəqilliyimizin təməli məhz həmin illərdə qoyuldu. Bu tarixi gün təkcə siyasi hadisə deyil, həm də xalqla lider arasında doğan böyük inamın, güvənin və milli ruhun simvoludur.

 Bu böyük yol bu gün də şərəflə davam etdirilir.Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Cənab Prezident İlham Əliyev Azərbaycanın inkişafı, güclənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində əzmkar siyasət yürüdür. Onun rəhbərliyi ilə ölkəmiz işğala son qoyaraq tarixi Zəfərə imza atdı və ərazi bütövlüyünü tam bərpa etdi.

Heydər Əliyev yolu — İlham Əliyevin rəhbərliyi ilə qələbə və inkişaf yoludur!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi