lider-media.az

Ərdoğan: “Söhbət türk millətinin gələcəyindən gedirsə...”

Baxış: 41155 Tarix: 13-07-2025, 21:43

“Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”. Bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan siyasi təşkilatın toplantısında deyib. Prezident eyni zamanda vurğulayıb ki, tənqidlərə, iradlara açığıq:
 “Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji savaşların və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin – istər müsbət, istər mənfi – fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq.
Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyə Əsri idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi