lider-media.az

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Baxış: 315 Tarix: 12-07-2025, 20:13

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin məlumatında bildirilib.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmun yaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”,- deyə MEDİA-nın məlumatında vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi