lider-media.az

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Baxış: 21136 Tarix: 12-07-2025, 17:37

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici dil mərkəzində müxtəlif dillər üzrə intensiv kursların buraxılış mərasimi keçirilib. 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hİİ-nin rəhbərliyi, professor-müəllim heyəti və dinləyicilərinin, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki Hərbi Attaşelik aparatı nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Qeyd olunub ki, 5 xarici dil üzrə müxtəlif səviyyələrdə təşkil olunmuş kurslarda ümumilikdə 144 nəfər hərbi qulluqçu və mülki işçi, o cümlədən Türk Silahlı Qüvvələrinin hərbi qulluqçuları təhsil alıb.
Dinləyicilər adından çıxış edən kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin və MMU-nun rəhbərliyinə, eləcə də xarici dillərin tədrisində əməyi olan professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda məzunlara fəxri fərmanlar və sertifikatlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi