lider-media.az

Gürcüstan nümayəndə heyəti ilə görüş

Baxış: 52104 Tarix: 11-07-2025, 14:32

İqtisadiyyat Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib, enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə dövlət başçılarının yüksək səviyyəli səfərləri vurğulanıbdost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.

Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKTenerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini diqqətə çatdırıb.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi