Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir.
Uzunluğu 5,2 kilometr olan və çınqıl örtüyə malik mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Hazırda yol 4-cü və 5-ci texniki dərəcələrə uyğun olaraq təkmilləşdirilir, eni isə 10 metrədək genişləndirilir.
Layihə çərçivəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, suların ötürülməsini təmin etmək üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri ərazilərdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.


Bundan əlavə, layihənin birinci kilometrində yeni körpünün və ehtiyac duyulan sahələrdə istinad divarlarının tikintisi də nəzərdə tutulur. Yenidənqurma işlərinin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır. Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə, təsdiqlənmiş iş qrafikinə əsasən və yüksək keyfiyyətlə həyata keçirilir.

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı