lider-media.az

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Baxış: 49120 Tarix: 10-07-2025, 16:29

ermenistan-xin-de-bugunku-gorusle-bagli-melumat-yaydi

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunub ki, dövlət başçıları sərhədlərin delimitasiyası prosesində irəliləyişlərin olduğunu bildiriblər və bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”, - XİN-dən bildirilib.

Tərəflər, həmçinin ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi