lider-media.az

Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib

Baxış: 62253 Tarix: 10-07-2025, 15:18

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış keçirilib.  Yarışda Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində ən yaxşı nəticə göstərmiş IT mütəxəssisləri iştirak ediblər. Hərbi qulluqçulara iki mərhələ üzrə keçirilən yarışın şərtləri izah olunub və təhlükəsizlik qaydaları çatdırılıb. Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, rəqəmsal ordunun müasir hərbi strategiyanın ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıblar. 

IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışın yekununda zabitlərin nəzəri bilikləri test üsulu ilə, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb və qaliblərə mükafatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi