lider-media.az

AZAL Türkiyənin iki şəhərinə media-tur təşkil etdi 

Baxış: 5121 Tarix: 10-07-2025, 14:52

azal-turkiyenin-iki-seherine-media-tur-teskil-etdi

AZAL Milli mətubatın 150 illiyi münasibətilə Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib.  Bu gün başlayan media-tur 13 iyuladək davam edəcək.  Bu müddətdə media nümayəndələri üçün təlim keçiriləcək. Təlim zamanı iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək. 

Qeyd edək ki, Azərbaycanın milli aviaşadıyıcısı AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirir. Uçuşlar həftədə iki dəfə olmaqla cümə axşamı və bazar günləri yerinə yetirilir. 

Türkiyə istiqamətində uçuş coğrafiyasının genişləndirilməsi iki qardaş ölkə arasında hava nəqliyyatı, turizm, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Yeni marşrut sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat səyahət imkanı yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi