lider-media.az

Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib

Baxış: 41131 Tarix: 10-07-2025, 13:01


İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana ölkəsinin hakimiyyətini Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumatlandırması tapşırılıb.

Bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Moskva bu addımın Rusiya dövlət telekanallarının Ermənistanda bloklanacağı təqdirdə atılacağı ilə hədələyib.

Qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Arsenyanla söhbəti heç də xoş məcrada keçməyib.

"Səfirə birbaşa deyilib ki, Ermənistan hakimiyyətinin nə planlaşdırdığını bilirlər", - diplomatik mənbələr bildirib.

Daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının zəruriliyini bəyan edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi