lider-media.az

Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı kitab sərgisi açılıb

Baxış: 21136 Tarix: 10-07-2025, 13:01

Milli Kitabxanada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Əhmədlinin yubileyi münasibətilə  “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı kitab sərgisi açılıb.


Sərgidə yazıçının hekayələri, povestləri, romanları, seçilmiş əsərləri, həyatı haqqında ədəbiyyatlar, yaradıcılığı əsasında tədqiq və təhlil edilmiş əsərlər, dərs vəsaiti, avtoreferatlar nümayiş olunur.


Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda dünyaya gəlib. 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.


Ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib.


"Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar  "Aran" ikihissəli roman (1962), "Pillələr" (1964), "Görünməz dalğa" (1966), "Yamacda nişanə" (1973), "Toğana" (1981), "Yasamal gölündə qayıqlar üzürdü" (1984), "Mavi günbəz" povestlər (1984), "Dünyanın arşını" (1985), "Gedənlərin qayıtmağı" (1985), "Yanvar hekayələri" (1992), "Kütlə" (1999), “Uyuq” (2008), “Yazılmayan yazı” (2010, 2015) s. kitabları işıq üzü görüb. Əsərləri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.


Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib.


Sabir Əhmədlinin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984) fəxri adlarına layıq görülüb.


 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi