“Konstitusiya və Suverenlik İli” çərçivəsində mini-futbol turnirinə yekun vurulub
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri başa çatıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən və 2 ay davam edən turnirdə 28 komanda mübarizə aparıb. Final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. 2-ci yerin sahibi KOBİA, 3-cü Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər komandaları olub.
Çempionatda fərqlənən idmançılara və komandalara fəxri fərman, çempionatın qalibinə isə kubok təqdim edilib.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||