lider-media.az

Həmin sürücülər cərimələnir - Xəbərdarlıq

Baxış: 7144 Tarix: 9-07-2025, 12:27

hemin-suruculer-cerimelenir

Dəfələrlə edilən xəbərdarlıqlara və intizam tədbirlərinə baxmayaraq hələ də avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan sürücülərə rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bildirilib ki, qaydaları pozan sürücülər cərimə ediləcək:

“Nəzərə alınmalıdır ki, belə olan halda ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur. Bu da sərnişinlərin və piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, 5.12, yəni “Avtobusun dayanacaq yeri” nişanının tələbini pozan digər hərəkət iştirakçıları polis əməkdaşı tərəfindən vizual olaraq və ya xüsusi texniki vasitələrlə aşkarlandığı təqdirdə barələrində inzibati xəta protokolu tərtib edilir.

Həmçinin, sürücülər onu da bilməlidirlər ki, dayanacaqlarda avtobusların normal hərəkətinə, sərnişinlərin rahat minib-düşməsini təmin etmək məqsədilə qeyd edilən nişanın qoyulduğu yerdən hər iki tərəfə 15 metrdən az olmamaqla yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması da qadağandır. Yaşayış məntəqələrində sürücülər dayanacaqdan hərəkətə başlayan avtobuslara yol verməli, avtobus sürücüləri isə yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi