lider-media.az

Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır VİDEO/FOTO

Baxış: 7415 Tarix: 9-07-2025, 11:35

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlanılıb.

Bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.  Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır.  Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək. 
 Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 Bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında icra olunur.  Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi