lider-media.az

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Baxış: 192 Tarix: 3-05-2024, 20:47

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan ilə görüşüb.

Lider-media.az xəbər verir ki, Prezident İlham Əliyevin tarixdən gələn ənənələrə istinad etməklə multikulturalizmi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirməsinə diqqət çəkən Dövlət Komitəsinin sədri Ramin Məmmədov, ölkəmizdə müxtəlif konfessiyalara göstərilən diqqət və qayğıdan bəhs edib. Sədr ölkəmizdə dövlətin din sahəsində siyasət, dini etiqad azadlığının təminatı barədə danışıb. Bildirib ki, Azərbaycan dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir. R.Məmmədov vurğulayıb ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, mühüm rol oynayıblar.

İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan bildirib ki, bu gün universal dəyərlər ancaq Qərb dəyərlərinə deyil, başqalarının da mənəvi aləminə hörmət üzərində qurulan münasibətlər sisteminə əsaslanmalıdır. İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan dünyada siyasi və dini baxımdan ayrı-seçkiliyə son qoymaq üçün dinlər arasında dialoqun önəminə toxunub, Azərbaycanın bu sahədə təşəbbüskarlığını yüksək qiymətləndirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi