lider-media.az

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışı keçirilib

Baxış: 14154 Tarix: 8-07-2025, 08:22

Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən, hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib. 
Yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda mübarizə aparıblar.
Səmti müəyyənetmə yarışında ümumilikdə 7 komanda üzrə 28 hərbi qulluqçu iştirak edib. 
Yekun nəticələrə əsasən, qalib komandalara və yüksək nəticə göstərərək fərdi birincilikdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi