lider-media.az

Ermənistan səfiri Rusiya XİN-ə çağırılıb

Baxış: 4292 Tarix: 7-07-2025, 17:15

ermenistan-sefiri-rusiya-xin-e-cagirildi

Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bununla bağlı “İzvestiya” qəzeti teleqram kanalında məlumat yayıb.

Ermənistan səfirinin Rusiya XİN-in binasına gəlməsinin görüntüləri yayılıb. Bildirilib ki, bunun nə ilə bağlı olduğu rəsmi şəkildə açıqlanmayıb.

Qeyd edək ki, iyulun 4-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı bəyanatlarına etiraz notası təqdim edilib. Buna səbəb Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlər olub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi