lider-media.az

Türkiyə ordusuna şəhid sayı 8-ə yüksəldi

Baxış: 31132 Tarix: 7-07-2025, 09:01

Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, 6 iyul 2025-ci il tarixində 852 Rakımlı Təpə adlanan ərazidə terrorçular tərəfindən istifadə olunan mağarada aparılan axtarış-tarama işləri zamanı metan qazına məruz qalan 3 əsgər daha şəhid olub. Beləliklə, şəhid olan hərbçilərin sayı 8-ə yüksəlib.

Nazirliyin açıqlamasında deyilir:

“Bizləri dərin bir acı və kədərlə sarsıdan bu hadisədə həyatını itirən aziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələri və qəhrəman millətimizə başsağlığı və səbir diləyir, metan qazından təsirlənən digər hərbçilərimizə isə şəfalar arzu edirik.”

Qeyd edək ki, ümumilikdə 19 Mehmetçik metan qazına məruz qalıb. Hadisə terrorçulardan təmizlənən mağarada baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi