lider-media.az

ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb

Baxış: 15134 Tarix: 7-07-2025, 08:50

Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Türkmənistan mediasında olduqca geniş şəkildə işıqlandırılıb. Türkmənistanda yerləşən nüfuzlu "News Central Asia" informasiya portalında, eləcə də ölkənin "Orient", "Turkmenportal", "Ashgabattimes" və "Atavatanturkmenistan" internet informasiya resurslarında Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, Zirvə görüşündə iştirakı və çıxışı barədə materiallar dərc olunub.

Materiallarda “ECO həftəsi” çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Füzulidə isə İşgüzar Forum keçirilməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu xüsusi maraqla izləyiblər.

Dərc olunan yazılarda Azərbaycanın iqtisadi inkişafı, müstəqil xarici siyasəti və ECO daxilindəki fəal rolu nəzərə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük beynəlxalq nüfuza malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi