lider-media.az

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Baxış: 365 Tarix: 2-05-2024, 22:32

Lider-media.az xəbər verir ki, konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals və Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa edib.

Konsertdə Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın möhtəşəm ifaları Forumun qonaqlarını valeh edib.

Milli musiqi aləti tarın ecazkar səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb.

Tədbirdə, həmçinin Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamından fraqment, "1001 gecə" baletindən Şəhriyar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından qızların rəqsi, "İldırımlı yollarla" baletindən "Ümumi rəqs", Firəngiz Əlizadənin "İntizar" operasından final səhnəsi təqdim olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi