lider-media.az

Qələbə günü şəhid oldu

Tarix: 2-05-2024, 19:17

         

   

        Vətən uğrunda şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən canından keçən gənclərimiz var.  Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qələbəyə öz qanları ilə imza atan  şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq. Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. 

        Bu gənclər Azərbaycan dövlətinin iftixarıdır, qürurudur. ...  Vətən müharibəsinin oğuzlu şəhidi Azərbaycan Ordusunun baş əsgəri Fərid Lillahov  1999-cu il martın 6-da  Oğuz rayonunun  Baş Daşağıl  kəndində anadan olub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb.  2019-2020 illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli  həqiqi hərbi xidmət edib.

     2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Sentyabrın 30-da müharibəyə yollanıb. Müharibənin ilk günlərindən sona kimi müxtəlif yerlərdə döyüşən Fəridin son döyüş meydanı Şuşa olub. O və yoldaşları ən çətin ərazilərdə döyüşüb, qələbələr qazanıb. Qrmızı Bazar və Daşaltı istiqamətindəki qızğın döyüşlərdən sağ çıxmağı bacaran Fərid noyabrın 8-də Şuşanın azad olunduğu gün şəhid olub.

      Dostları Fəridin necə mərd, igid olduğundan fəxrlə danışırlar. Onlar söyləyir ki, Fərid döyüşlər zamanı bir an belə geri çəkilməyib və son nəfəsinə kimi xidmət yoldaşları ilə birlikdə düşmənə qarşı çiyin-çiyinə, igidliklə vuruşub.

    Qələbəyə qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq!

     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunması görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi