lider-media.az

Ötən həftə 160 mina və 528 partlamamış hərbi sursat zərərsizləşdirilib

Baxış: 278 Tarix: 17-06-2025, 14:21

Ötən həftə 160 mina və 528 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 10-dan iyunun 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. ANAMA-dan  bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 131, tank əleyhinə 29 mina və 528 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin həftə ərzində 1358,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi