lider-media.az

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Baxış: 285 Tarix: 14-04-2025, 14:36

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 7-dən 13-dək aparılan minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. ANAMA-dan  bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 86, tank əleyhinə 12 mina və 224 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi