lider-media.az

AZAL növbəti dəfə bəzi reysləri ləğv etdi

Baxış: 208 Tarix: 14-06-2025, 15:32

azal-novbeti-defe-bezi-reysleri-legv-etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bəzi reysləri ləğv edib.

Lider-Media.az-a bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verilib.

Ləğv olunan reyslər aşağıdakılardır:

14 iyun 2025-ci il:

-Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

-Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

-Bakı – İslamabad – Bakı (J2 143/144)

-Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

-Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

-Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

- Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

-Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi