Dekabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qalib komandaları təbrik edib və dövlətimizin gənclər siyasətindən, onların hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılmış şəraitdən danışıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən xalqımız üçün əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər, idman və bilik yarışları keçirilir, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu da bu ənənənin davamıdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə elan olunan Həmrəylik Gününün önəmini diqqətə çatdıran Sahib Məmmədov xalqımızın qazandığı uğurların, əldə etdiyi nailiyyətlərin təməlində məhz həmrəyliyimizin dayandığını vurğulayıb. Tarixi proseslərin sonrakı gedişi bu qərarın əhəmiyyətini dəfələrlə sübuta yetirib və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə bir daha tarixi təsdiqini tapıb. Yeni layihələrdən də bəhs edən Konfederasiya sədri bunların ittifaq üzvlərinin məmnunluğu və əmək hüquqlarının daha etibarlı qorunması, eləcə də inklüzivliyin, əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.
AHİK sədrinin müavini, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qalib komandaları təbrik edib və bu cür yarışların ittifaq üzvlərinin bilik səviyyəsinin və bacarıqlarının yüksəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, mütaliəyə həvəslərinin artırılması baxımından önəmini vurğulayıb.
Bilik yarışında ümumilikdə 34 komanda iştirak edib. Gərgin və maraqlı keçən yarışda birinci yeri Azərbaycan Beynəlxalq Bankının, ikinci yeri İqtisadiyyat Nazirliyinin və üçüncü yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandaları qazanıb. İntelektual oyunun qaliblərinə kubok, fəxri fərman və diplomlar təqdim edilib.













AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb