Fars Xəbər Agentliyi İranın hava hücumundan müdafiəsini əks etdirən görüntüləri dərc edib. Tehranın mərkəzi və şimal-şərqindəki hava hücumundan müdafiə qüvvələri parlayan obyektlərə cavab verib. SNN-nin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri bir neçə İsrail qırıcısını və PUA-ları vurub.