lider-media.az

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

Baxış: 266 Tarix: 29-04-2024, 22:55

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.

Lider-media.az xəbər verir ki, Türkiyə XİN bəyanatında Fransa Milli Assambleyasının qəbul etdiyi qərarın əsassız olduğunu vurğulayıb.

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının (parlamentin yuxarı palatası – red.) qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi