lider-media.az

Energetika naziri Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb

Baxış: 351 Tarix: 29-01-2024, 17:29

Energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın “yaşıl enerji keçidi” kursu və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasəti, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib.

Ölkəmizdə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli artımını təmin edəcək külək və günəş enerjisi stansiyalarının inşası, bu güclərin enerji sisteminə inteqrasiyası, həmçinin Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı məqsədilə 4 ölkənin iştirakı ilə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi