lider-media.az

Rusiya həlak olmuş ukraynalı əsgərlərin cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb

Baxış: 298 Tarix: 8-06-2025, 18:16

Rusiya Ukrayna əsgərlərinin həlak olmuş cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb və İstanbulda keçirilmiş danışıqlarda əldə olunmuş razılaşmalar çərçivəsində 6 mindən artıq cəsədin təhvil verilməsinə hazırdır. Bu barədə rusiyalı danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin cəsədlərini daşıyan repatriasiya qatarları bir saat ərzində hərəkətə başlayacaq. Zorin qeyd edib ki, cəsədlərin təhvili həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə həyata keçiriləcək.

O vurğulayıb ki, Moskva Kiyevdən cəsədləri qəbul etməyə hazır olması barədə rəsmi təsdiq və xüsusi rabitə kanalı vasitəsilə bildiriş gözləyir. Zorinin sözlərinə görə, prosedurun gələn həftəyə təxirə salınması ilə bağlı siqnallar da var.

Aleksandr Zorin xüsusilə qeyd edib ki, həlak olmuş ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması təşəbbüsü sırf humanitar xarakter daşıyır və siyasi məqsədlərlə əlaqəli deyil. Onun sözlərinə görə, Rusiya əldə olunmuş bütün razılaşmaları, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların repatriasiyası ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi